Anjey Duda - Polşa Gürcüstanın və Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa davam edəcək
Anjey Duda - Polşa Gürcüstanın və Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa davam edəcək

Polşa Gürcüstanın və Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağa davam edəcək, – bu bəyanatı Polşa prezidenti Anjey Duda BMT-nin Baş Assambleyasında çıxış edərkən verdi.

Anjey Dudanın dediyinə görə, dövlət sərhədləri gücdən istifadə edərək, zorla dəyişdirilməməlidir.

“Yenə bir dəfə demək istəyirəm ki, hər bir ölkənin eyni hüququ və haqqları var. Dövlət sərhədləri zorakılıqla dəyişdirilməməlidir.

Ötən əsrdə ağır zərər görən Polşanın bu haqda danışmağa moral öhdəliyi var.

Biz Polşa üçün çox dəyərli olan azadlıq və sülh adına çıxış edirik” – dedi Polşa prezidenti Anjey Duda.