Anjey Duda - Gürcüstan və Ukraynayı Avropa İttifaqından kənarda qoymaq olmaz, çünki onların taleyi haqqında qərarı "güclü" qonşu vermək istəyir
“Gürcüstan və Ukraynayı Avropa İttifaqından kənarda qoymaq olmaz, çünki onların taleyi haqqında qərarı “güclü” qonşu vermək istəyir” – Polşanın PAP Agentliyinin məlumatına görə, bu bəyanatı Anjey Duda Zürih Universitetində nitqlə çıxış edərkən verdi.
Polşa prezidentinin dediyinə görə, əgər onlar gərəkən meyarlara cavab verirlərsə, Avropa İttifaqı Gürcüstan və Ukraynanın bloka birləşməsinə icazə verməlidir.
“Biz hərzaman deyirdik və deyəcəyik ki, Avropa İttifaqının qapısı açıq olmalıdır və bu ölkələr yaxın gələcəkdə Avropa İttifaqının üzvü olmalıdırlar. Onlara yardım etmək borcumuzdur, çünki Avropa İttifaqından kənar qalsalar, onların taleyi haqqında qərarı “güclü” qonşuları verəcək” – dedi Polşa prezidenti.
Anjey Duda həmçinin, Gürcüstanın beynəlxalq hüquq tərəfindən müəyyənləşdirilən sərhədlərin toxunulmazlığı haqqında da söz etdi.
“Avropada sərhədlərin zorakılıqla dəyişdirilməsi qeyri-məqbuldur” – dedi Duda.