Anjey Duda - 2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzü ilə başlayan rus imperializminin yenidən canlandığını görürük və Rusiyanın Ukraynada irəliləyişini indi dayandırmalıyıq
2008-ci ildə Rusiyanın Gürcüstana təcavüzündən başlayan rus imperializminin dirçəlişinin şahidiyik-deyə Polşa Prezidenti Anjey Duda “Washington Post” qəzetinə müsahibəsində deyib.
Polşa Prezidentinin sözlərinə görə, 2014-cü ildə Rusiyanın Ukraynaya hücumu, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi və onun Baltikyanı ölkələr, Polşa və bütün Mərkəzi Avropa üçün təhlükə yaratması Rusiya imperializminin təzahürləridir.
“Vladimir Putin və onun yaxınları çarların qüdrətini və çarın ərazisinin bərpasını xəyal edirlər. Biz Rusiyanın Ukraynada irəliləyişini indi dayandırmalıyıq ki, Birinci və İkinci Dünya Müharibələrində olduğu kimi olmasın”, – Anjey Duda deyib.