Angela Merkel Vladimir Putinə təbrik məktubu göndərdi
Angela Merkel Vladimir Putinə təbrik məktubu göndərdi

Almaniyanın kansleri Angela Merkel Vladimir Putinin prezident seçkilərindəki qalibiyyətini təbrik erdi.

Merkel tərəfindən göndərilən təbrik məktubunda deyilir ki, indi iki ölkə arasındaki dialoqun davam etdirilməsi və münasibətlərin dərinləşdirilməsi hər zamankindən daha çox zəruridir.

 

Martın 19-da günün sonunda Vladimir Putinin prezident seçkilərindəki qələbəsini Türkiyə prezidenti Rəcəb tayyip Erdoğan və İsraelin baş naziri Benyamin Netanyahu təbrik etdilər.

Ona qədər isə, Kremlə Fransa prezidenti Emanuel Makron zəng etdi, ancaq Fransa medyasının yaydığı məlumata görə, Makron Putin təbrik etmək üçün zəng etmədi və Suriyaədə baş verən hadisələri və Solsberidə Sergey Skripalin ölümü ilə bağlı narahatçılığını bildirdi. Ancaq, Kremlin mətbuat katibi Dmitri Peskov bəyan etdi ki, Makron Vladimer Putini təbrik etdi.

İlk təbriklər Kremlə Çindən, Azərbaycandan, Ermənistandan, Belarusdan, Moldovadan, Macaristandan, Özbəkistandan, Türkmənistandan, Qırğızıstandan, Venesueladan və Kubadan gəldi.

Avropa İttifaqı isə, seçki prosesi zamanı baş verən pozuntulara görə, narahatçılığını bildirən və anneksiya edilən Krımıda seçkilərin keçirilməsi etiraz edən bəyanat yaydı.

Vladimir Putin Rusiyanın prezidenti vəzifəsinə dördüncü dəfə seçildi.