Angela Merkel Gürcüstanın işğalı haqqında - Rusiya prezidenti mənim mövqeyimi bilir, düşünürəm ki, bu ədalətsizlikdir
Rusiya prezidenti Gürcüstanın işğalı haqqında mənim mövqeyimi bilir, düşünürəm ki, bu ədalətsizlikdir, – bu barədə bəyanatı Gürcüstanda səfərdə olan Almaniyanın kansleri Angela Merkel, Birinci Kanalın jurnalistinin Gürcüstan ərazilərinin işğalı haqqında verdiyi suala cavab olaraq verdi.
“Sabah işğal xəttinin yanında administrativ sərhədini yanına gedəcəm. Düşünürəm ki, baş verənlər ədalətsizlikdir. Rusiya prezidenti mənim bu haqda mövqeyimi bilir. Böyük gərginliyə baxmayaraq, bu münaqişənin bir dəfəlik həll edilməsi üçün çox az işlər görülür. Bu vəziyyətlə qəbullanmamalıyıq və bu haqda hər gün danışıqlar aparılmalıdır” – dedi Angela Merkel.
Birinci Kanalın jurnalisti Ketevan Kardava Angela Merkelə Putinlə görüş zamanı Gürcüstanın işğalı haqqında hərhansı formada söhbət aparılıb-aparılmadığını və bu münaqişədə Avropa İttifaqının və Almaniyanın rolunu necə gördüyü ilə bağlı sual verdi.