Angela Merkel - Gürcüstanın Avropa ambisiyalarına dəstək verirəm, ancaq çox tələsik vədlər verə bilmərəm
Angela Merkel - Gürcüstanın Avropa ambisiyalarına dəstək verirəm, ancaq çox tələsik vədlər verə bilmərəm

Açıqça demək istəyirəm ki, çox sevinirəm və Gürcüstanın Avropa ambisiyalarınnı dəstəkləyirəm, Gürcüstanla azad ticarət razılaşması da ona görə var, ancaq Avropa tərəfindən çox tələsik vədlər verə bilmərəm, – bu bəyanatı Almaniyanın kansleri Gürcüstanın Dövlət Universitetində tələbələrlə görüş zamanı, tələbə tərəfindən Gürcüstanın Avropa İttifaqına qoşulması ilə bağlı verilən suala cavab olaraq verdi.

Onun dediyinə görə, bir tərəfdən namizəd olan ölkə müəyyən şərtləri yerinə yetirməlidir və digər tərəfdən, Avropa İttifaqının da yeni üzv ölkələr qəbul etməyə imkanı olmalıdır.

“Bugün Avropa İttifaqına götürmək üçün Balkan ölkələrin prespektivi daha böyükdür. Bilirsiniz ki, Böyük Britaniya yaxında Avropa İttifaqını tərk edəcək, belə şərtlərdə, güclü və koordinasiyalı siyasətin aparılması zordur, ona görə də, uzun müddətli perspektivi olan qərarları verə bilmirik” – dedi Angela Merkel.

Onun dediyinə görə, Balkan ölkələrindən sonra, Avropa İttifaqına üzv olmaq üçün növbəti ölkələr Ukrayna və Gürcüstan olacaqlar.