Almaniyanın kansleri Angela Merkel Gürcüstana səfərini başa çatdırdı.
Gürcüstandan gedənə qədər, Angela Merkel Tbilisi Beynəlxalq Hava limanında Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə bərabər, “Layiqli partnyor” hərbi təlimlərinin iştirakçıları olan alman əsgərləri ilə görüşdü.
Almaniyanın kansleri Angela Merkel bugün işğal xəttinin yanına da getdi və mövcud olan vəziyyətlə yerindəcə, orada olan Avropa İttifaqının müşahidə missiyasının üzvlərinin yardımı ilə tanış oldu.
Angela Merkel Gürcüstana iki günlük rəsmi səfərlə dünən gəldi.
Almaniya kansleri öncə Gürcüstanın baş naziri ilə üz-bə-üz görüş keçirdi, sonra isə, geniş formatlı görüş keçirildi. Daha sonra isə, Merkel və Mamuka Baxtadzenin birgə mətbuat konfransı keçirildi.
Dünən Angela Merkel Gürcüstan prezidenti ilə də görüşdü və daha sonra qəhramanlar memorialına əklil qoydu.
Günün sonunda, baş nazir Mamuka Baxtadze Angela Merkeli rəsmi axşam yeməyinə dəvət etdi.
Gürcüstandan sonra, Almaniya kansleri Ermənistana və Azərbaycana gedəcək.