Angela Merkel - Gürcüstan vətəndaşları üçün Almaniyada leqal şəkildə çalışma kvotları yaradılacaq
Almaniyada yeni qanunlayihə hazırlanır, hansına əsaəsn, Gürcüstan və Balkan ölkələrinin vətəndaşları üçün Almaniyada leqal şəkildə işləmək kvotları yaradılacaq.
Bu barədə bəyanatı, TDU-nun tələbələrinin suallarını cavablandırarkən, Almaniyanın kansleri Angela Merkel verdi.
“Biz Almaniya bazarında defisit olan müəyyən peşə sahibi olan, sahə mütəxəssisləri üçün qanunlayihə hazırlayırıq. Asosiasiya razılaşması çərçivəsində, Gürcüstan və Balkan ölkələrinin vətəndaşları üçün Almaniyada leqal şəkildə işləmək kvotları yaradılacaq” – dedi kansler.
Merkelin dediyinə görə, söhbət həmçinin, Gürcüstanda müvafiq professional məktəblərin gücləndirikməsindən və alman dilinin öyrənilməsindən də gedir.
“Çətin də olsa, alman dilini öyrənib, Almaniyada leqal şəkildə işləmək mümkündür. Düşünürəm ki, bu baxımdan Gürcüstan doğru yoldadır” – dedi Merkel.