Angela Merkel - Almaniya Gürcüstanı dəstəkləyir və dəstəkləməyə davam edəcək, buraya ona görə gəldim
Angela Merkel - Almaniya Gürcüstanı dəstəkləyir və dəstəkləməyə davam edəcək, buraya ona görə gəldim

Əlbəttə ki, Almaniya sizi dəstəkləyir və dəstəkləməyə davam edəcək, – bu barədə bəyanatı Angela Merkel Gürcüstanın baş naziri Mamuka Baxtadze ilə birgə keçirdiyi mətbuat konfransında jurnalistin sualına cavab olaraq, verdi.

Jurnalist Almaniya kanslerindən Gürcüstanın Avropa kursunu necə dəyərləndirdiyini və Almaniyanın münasibətini soruşdu.

“Deyə bilərik ki, şərq partntorluğu kontekstində Gürcüstan Almaniyanın əhəmiyyətli partnyorudur: Asosiasiya razılaşması, Azad ticarət haqqında razılaşma, iki tərəfli əməkdaşlığın gücləndilirməsi, genişləndirilməsi, – biz bu instruksiyaların inkişafı üzrə işləyirik və mənim səfərim, misal üçün, iqtisadi əməkdaşlığın genişləndirilməsinə yol açacaq” – dedi Angela Merkel.

Bununla yanaşı, Merkelin dəyərləndirməsinə görə, bu baxımdan vizaliberalizsiya da çox əhəmiyyətli addımdır.