Andrzej Duda - bütün rasional liderlər Çinlə ünsiyyət qurur, aparıcı ölkələrin prezidentləri Çin liderləri ilə görüşür, mən Çinlə dostluq münasibətlərini saxlamağa çalışıram
Andrzej Duda - bütün rasional liderlər Çinlə ünsiyyət qurur, aparıcı ölkələrin prezidentləri Çin liderləri ilə görüşür, mən Çinlə dostluq münasibətlərini saxlamağa çalışıram

Polşa prezidenti Anjey Duda dövlət səfəri ilə Pekinə gəlib. Hava limanında Duda və həyat yoldaşını Çinin xarici işlər nazirinin müavini qarşılayıb. Bu il Çin və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi qeyd olunur.

Səfər çərçivəsində Anjey Duda Çin lideri Si Cinpinlə görüşəcək.

Polşa prezidentinin yola düşməzdən əvvəl dediyi kimi, Si Cinpinlə görüş zamanı o, Polşa vətəndaşları üçün viza rejimi, ikitərəfli iqtisadi əlaqələr və Ukraynadakı vəziyyəti müzakirə edəcək. Onun sözlərinə görə, Ukrayna “Bir kəmər və yol təşəbbüsü” üçün son dərəcə vacibdir.

Duda dünyanın ən böyük ölkələrindən biri kimi Çinlə əlaqələrin vacibliyini vurğulayıb.

“Bütün rasional liderlər Çinlə ünsiyyət qurur. Qlobal miqyasda aparıcı ölkələrin prezidentləri Çin liderləri ilə görüşür. Mən Çinlə dostluq münasibətlərini qorumağa çalışıram”, – deyə Anjey Duda bildirib.

Onun sözlərinə görə, Çin hökuməti əhəmiyyətli siyasi təsirə malikdir və Belarus prezidenti Aleksandr Lukaşenkoya Polşaya qarşı hibrid hücumları dayandırmaq üçün təzyiq göstərə bilər.

Polşa prezidentinin Çinə səfəri iyunun 26-da başa çatacaq.