Andrius Kalindra - NATO-nun Vilnüs zirvə toplantısında Gürcüstana daha çox necə dəstək olacağımızı müzakirə edəcəyik
Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra 2023-cü ildə Vilnüsdə keçiriləcək NATO zirvə toplantısında Gürcüstana daha çox dəstəkdən danışacaqlarını bildirib.
“Dünən Buxarestdə Litva naziri dedi – Ukraynanı dəstəkləyin, sakit qalın və Ukraynaya tanklar verin. NATO-nun növbəti zirvə toplantısı 2023-cü ildə Vilnüsdə keçiriləcək. Beləliklə, coğrafi və geosiyasi baxımdan o, NATO-nun Şərq tərəfdaşlarına çox yaxın olacaq. Vilnüs zirvə toplantısında Gürcüstana daha çox necə dəstək olacağımızı müzakirə edəcəyik” – deyə Andrius Kalindra açıqlayıb.
Gürcüstanın NATO-ya üzv olmaq üçün hansı islahatları həyata keçirməli olması ilə bağlı ünvanlanan suala Andrius Kalindra belə cavab verir “bunun düsturu yoxdur və ola da bilməz”.
“Yanaşma sadəcə olaraq ölkənin hazır olmasıdır və hazırda eyni şey İsveç və Finlandiyanın NATO-ya üzv olma yoluna da aiddir, onlar hazır idilər və üzvlük fəaliyyət planına və ya buna bənzər bir şeyə ehtiyac yox idi. Seçilmiş yola sadiq qalmağınız əsas tövsiyələrdən biridir” -deyə Andrius Kalindra açıqlayıb.