Andrius Kalindra - Litva Lukaşenkonu legitim prezident kimi tanımır, Belarus Rusiya ilə birlikdə Gürcüstanın suverenliyinə hörmətsizlik nümayiş etdirir
Litvanın Gürcüstandakı səfiri, Andrius Kalindranın bəyanatına görə, Litva Aleksandr Lukaşenkonun işğal olunmuş Abxaziyaya gəlişini pisləyir.
Səfirin bəyan etdiyinə görə, Lukaşenkonun işğal olunmuş Abxaziyaya gəlişi Belarusun Rusiya ilə birlikdə Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik nümayiş etdirdiyinə daha bir sübutdur.
“Lukaşenko tərəfindən Gürcüstanın ərazi bütövlüyü və suverenliyinin kobud şəkildə pozulması, Belarusun Rusiya ilə birlikdə BMT xartiyasına, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə hörmətsizlik etdiyini daha bir sübutudur. Bu səfər Gürcüstanda, Litvada və başqa ölkələrdə bir çox tərəflər tərəfindən pisləndi. Litva Lukaşenkonu legitim prezident kimi tanımır. Fikrimizcə bu, rejimin nümayəndəsidir və Gürcüstana aid olan Abxaziya ərazisinə daxil oldu”, – səfir bəyan etdi.
Məlum olduğu kimi, sentyabrın 28-də Belarus prezidenti Aleksandr Lukaşenko işğal olunmuş Abxaziyaya gələrək, orada işğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya ilə görüşdü.
Lukaşenkonun işğal olunmuş Abxaziyaya gəlişi ilə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyi Belarus tərəfindən əlavə açıqlamalar tələb etdi və Belarusun Gürcüstandakı səfiri, Anatoli Lisi Xarici İşlər Nazirliyinə etiraz əlaməti olaraq çağırdı.