Andrius Kalindra - Avropa İttifaqı və üzvlüyə can atan Gürcüstan üçün məsuliyyətli məqamdır, ümid edirəm ki, Gürcüstanın xeyrinə konsensus əldə olunacaq
Andrius Kalindra - Avropa İttifaqı və üzvlüyə can atan Gürcüstan üçün məsuliyyətli məqamdır, ümid edirəm ki, Gürcüstanın xeyrinə konsensus əldə olunacaq

 
Avropa İttifaqının özü, Avropa ölkələri və xalqları, eləcə də Avropa İttifaqına daxil olmağa can atan Gürcüstan üçün çox məsuliyyətli məqamdır. Litva konsensusa nail olmaq üçün avropalı həmkarları ilə fəal işləyir, çünki yekun qərarı bir çox dövlətlər yekdilliklə qəbul edirlər -bu barədə Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra açıqlayıb.

O, Gürcüstanın xeyrinə konsensusun əldə olunacağına ümidvar olduğunu bildirib.

“Müddət iki həftədən çoxdur. Avropa İttifaqının gücü konsensusla qəbul edilən qərarlarda ifadə olunur və bəzən buna nail olmaq o qədər də asan olmasa da, zəruridir. Arzu edərdim və ümid edirəm ki, bu konsensus Gürcüstanın xeyrinə əldə olunacaq və dekabrın 15-də bütün məsələlərdə razılıq əldə olunacaq. Bu məsələ təkcə iqtidar, müxalifət və ya vətəndaş cəmiyyəti üçün deyil, bütövlükdə əhali üçün vacibdir. Hər şey mümkündür. Bizim vaxt itirmək lüksümüz yoxdur, ona görə də bu fürsətdən məsuliyyətlə istifadə edib bütün tərəflərlə fəal işləməliyik” – deyə Andrius Kalindra qeyd edib.

Avropa Komissiyasının müsbət tövsiyəsindən sonra dekabrın 15-də Avropa Şurası Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsi ilə bağlı qərar qəbul etməlidir.