Andrius Kalindra - 12 prioritet tam şəkildə yerinə yetiriləcəyi təqdirdə, Gürcüstana status veriləcək, hələ vaxt var və həqiqətən irəliləyiş var, lakin həll edilməsi gərəkən məsələlər var
Litvanın Gürcüstandakı səfiri Andrius Kalindra 12 tövsiyənin icrasında irəliləyiş müşahidə olunduğunu, lakin həll ediləsi gərəkən məsələlər olduğunu bildirib.
“12 prioritet təyin edilib və onlar tam şəkildə yerinə yetirilərsə, Gürcüstana namizəd statusu veriləcək. Hələ vaxt var, yarım il və həqiqətən irəliləyiş var, lakin həll edilməsi gərəkən məsələlər var. Mən deyərdim ki, əsas məsələlər Aİ üzvləri arasında konsensus olması üçün atılan addımların etibarlılığıdır, çünki Aİ-yə üzv olan 27 ölkənin dövlət başçısı tərəfindən siyasi qərar olacaq və biz onların yerinə yetirilməsi üçün çox çalışırıq. Bir həftə əvvəl biz Salome Zurabişvilini Vilnüsdə rəsmi səfərdə qəbul etdik, ondan əvvəl isə siyasi məsləhətləşmələr üçün xarici işlər nazirinin müavini qonağımız idi, siyasi dialoq da olduqca vacibdir” -deyə Andrius Kalindra açıqlayıb.