Andrey Sibiqa – Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışda Ukraynanın mühüm nüvə enerji obyektlərinə zərbələr endirməyi planlaşdırır, xüsusi xidmət orqanları artıq bu barədə öz tərəfdaşlarına məlumat verib
Ukrayna kəşfiyyatının məlumatına görə, Kreml qışda Ukraynanın mühüm nüvə enerji obyektlərinə zərbələr endirməyi planlaşdırır. Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X sosial şəbəkəsində yazır.
Onun sözlərinə görə, söhbət nüvə enerjisinin təhlükəsiz istismarı üçün kritik əhəmiyyət kəsb edən nüvə stansiyalarının və ötürücü yarımstansiyaların açıq paylayıcı qurğularından gedir.
Bu obyektlərə zərbə endirmək qlobal nəticələrə səbəb olacaq nüvə insidentinin yüksək riskini yaradır”. Ukrayna xüsusi xidmət orqanları artıq müvafiq məlumatları öz tərəfdaşlarına ötürüblər. Beynəlxalq Atom Enerjisi Agentliyi də məlumatlandırılıb”. – Sibiqa deyir.
Ukraynanın xarici işlər naziri də yazır ki, Rusiya yeganə ölkədir ki, Avropada atom elektrik stansiyasını işğal edib, bununla da dünyanı şantaj edir.
O, həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinə öz missiyalarını Ukraynanın bir sıra enerji obyektlərində genişləndirmək qərarına görə təşəkkür edir və bu sazişlərin icrasının sürətləndirilməsini xahiş edir.