Andrey Sibiqa – Ukrayna Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəs təklifləri alıb və Rusiya ilə müxtəlif atəşkəs formatlarını müzakirə etməyə hazırdır
Ukrayna Hindistan, Türkiyə, Misir və ABŞ-dan atəşkəs təklifləri alıb və Rusiya ilə atəşkəsin müxtəlif formatlarını müzakirə etməyə hazırdır, – bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə jurnalistlərə söhbətində bildirib.
Sibiqanın sözlərinə görə, Ukrayna atəşkəsin müxtəlif formatlarını nəzərdən keçirir, lakin atəşkəs enerji sektoruna və Qara dənizə də şamil edilməlidir.
“Bizim dörd təklifimiz var. Ən genişi Hindistan təklifidir. Biz enerji və Qara dəniz atəşkəsinə hazırıq, lakin yalnız bu iki istiqamətin birləşməsi halında. Enerji və Qara dənizdə atəşkəs. Bu, tam enerji atəşkəsini, liman infrastrukturu da daxil olmaqla bütün enerji obyektlərinə hücumların dayandırılmasını nəzərdə tutur”, – Sibiqa qeyd edib.
Onun sözlərinə görə, Türkiyə və Misir də Ukraynaya oxşar təkliflər ünvanlayıblar və məqsədi taxıl ixracını bərpa etmək olan Qara dənizdə atəşkəsi nəzərdə tutan on təşəbbüs irəli sürüblər.
Dördüncü təklif ABŞ-a məxsusdur. Vaşinqton Ukrayna ilə Rusiya arasında enerji sahəsində atəşkəs sazişini dəstəkləyir.
Sibiqanın bildirdiyinə görə, Kiyev cəbhə xəttində atəşkəs də daxil olmaqla, atəşkəs üçün müxtəlif variantlara hazırdır.
“Prezidentlər Volodimir Zelenski və Donald Trampın görüşündə müzakirə olunan, ABŞ-ın energetika atəşkəsi ilə bağlı dördüncü təklifi də var. Ümumiyyətlə, biz hesab edirik ki, atəşkəs Prezident Zelenski və Putin arasında görüşün nəticələrindən biri ola bilər. Biz cəbhə xəttində qeyd-şərtsiz atəşkəs də daxil olmaqla, müxtəlif atəşkəs formatlarına hazırıq”, – deyə Ukrayna xarici işlər naziri qeyd edib.