Andrey Sibiqa - Blinkendən sonra uzaq məsafədən zərbələrə ehtiyatla nikbin yanaşırıq
Ukraynanın xarici işlər naziri Andriy Sibiqa ABŞ dövlət katibi Entoni Blinkenlə görüşdən sonra Rusiya ərazisinə zərbələr endirilməsi ilə bağlı “ehtiyatlı optimizm” ifadə edib.
“Biz uzaq məsafəli zərbələr və Avro-Atlantik inteqrasiya məsələsini müzakirə etdik. Burada da biz ehtiyatla optimistik”, – deyə Blinkenlə görüşdən sonra Sibiqa bildirib.
Bundan əlavə, Ukraynanın xarici işlər naziri qeyd edib ki, Brüsseldə aparılan danışıqlarda hərbi yardıma da toxunulub.
“Bizim aydın mənzərəmiz, ilin sonuna qədər Ukraynaya çatdırılacaqların dəqiq şərtləri və həcmləri var. Bu, bizə döyüş meydanındakı hərəkətlərimizin strateji planlaşdırılmasında kömək edir”, – deyə Sibiqa bildirib.