Andrey Rudenko - vətəndaşlar bilməyənə qədər ki, dövlət sərhədi, ayırıcı xətt vəya inzibati sərhəd, necə adlandırsanızda harada keçir, təəssüflər olsun, yaxalama halları davam edəcək
Fomalaşdırmalıyıq, harada gəzmək olar və harada yox, və ya gəzmək yalnız icazə ilə, – bu barədə Rusiya xarici işlər nazirinin müavini, Andrey Rudenko Cenevrə danışıqlarının növbəti raundundan sonra bəyan etdi.
Qaçırmanın pis təcrübısinin qarşısının alınması və hərəkət azadlığı barəsində verilə suala Rudenko bəyan etdi ki, Gürcüstanın mövqeyidir ki, bura onun ərazisidir, lakin ikinci tərəf başqa cür düşünür.
“Cavabım xoşunuza gəlməyəcək, vətəndaşlar bilməyənə qədər ki, dövlət sərhədi, ayırıcı xətt vəya inzibati sərhəd, necə adlandırsanızda harada keçir, təəssüflər olsun, yaxalama halları davam edəcək. Buna görə, fomalaşdırmalıyıq, harada gəzmək olar və harada yox, və ya gəzmək yalnız icazə ilə. O ki, bura Gürcüstan ərazisidir, bu sizin mövqeyinizdir, ikinci tərəfin isə, tam fərqli mövqeyi var. Sizin vətəndaşlarınız da belə gəzirlər, düşünürlər bu onların ərazisidir. Sonra isə, məsələ yaranır, onların da müzakirəsi ilə Cenevrədə məsğuluq”, – Andrey Rudenko qeyd etdi.
Elə onun dediyinə görə, Axalqori keçidi ilə bağlı çıxış tapılması mümkündür.
“Axalqori keçidinin açılmasına gəldikdə, ora konkret insident səbəbindən bağlandı. İndi vəziyyət sabitdir və düşünürəm, problemin həlli yolunu tapmağımız mümkündür ki, insanlar lazım olduğu təqdirdə bu keçiddən istifadə etsinlər”, – Andrey Rudenko qeyd etdi.