Andrey Rudenko - Kiyev buna hazır olsa, Rusiya Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır
Andrey Rudenko - Kiyev buna hazır olsa, Rusiya Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır

Əgər Kiyev buna hazır olsa, Rusiya Ukrayna ilə danışıqlara qayıtmağa hazırdır. Rusiya mətbuatının məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

“Biz danışıqlar prosesini dayandırmamışıq, o, ukraynalı tərəfdaşlarımız tərəfindən dayandırılıb. Onlar danışıqlar masası arxasına qayıtmağa hazır olan kimi biz təbii ki, müsbət cavab verəcəyik. Əsas odur ki, müzakirə olunacaq nəsə olsun”, – Rudenko bildirib.

Bununla yanaşı, Rudenko Rusiyanın Ukrayna limanlarına çıxışını açması üçün şərtlərdən biri kimi Rusiya məhsullarının ixracına görə sanksiyaların ləğvini adlandırır.

“Bu məsələyə kifayət qədər hərtərəfli və hər tərəfdən baxılmalıdır: əgər tərəfdaşlarımız həll yoluna getmək istəyirlərsə, biz Rusiyanın ixracına qarşı sanksiyaların ləğvi ilə bağlı məsələləri həll etməliyik”, – Rudenko bildirib.