Andrey Kiska - Gürcüstan və Ukraynanın işğalı qeyri-qanuni hakimiyyət siyasətinin nümunəsidir
Gürcüstan və Ukraynanın işğalı qeyri-qanuni hakimiyyət siyasətinin nümunəsidir, – Bu bəyanatı BMT-nin Baş Assambleyasında çıxış edərkən Slovakiyanın prezidenti Andrey Kiska verdi.
Onun dediyinə görə, beynəlxalq nizam-intizam bugün qarışıb və silahlı münaqişələrin sayı ildən-ilə artır.
“Suverenitet və ərazi bütövlüyü necə qlobal, eləcədə ayrı regionlarda, sabitliyin və təhlükəsizliyin əsas tərkib hissələridir, ancaq Gürcüstan və Ukraynanın işğalı bütün regionda qeyri-qanuni hakimiyyət tərəfindən beynəlxalq qaydaların tapdalanmasının nümunəsidir” – dedi prezident.
Kiska həmçinin, Suriyədə və Böyük Britaniyada kimyəvi silahın istifadəsi faktlarına da diqqət yetirdi.
O həmçinin, kiber-məkanda mövcud olan çağırışlar haqqında danışdı.
Kiskanın dediyinə görə, sosiyal şəbəkələr kiber-hücumlar qlobal təhlükəsizlik üçün təhlükə yaradır.