Andrey Kasyanovu Gürcüstan Xarici İşlər Nazirliyinə çağırdılar
Andrey Kasyanovu Gürcüstan Xarici İşlər Nazirliyinə çağırdılar

Ukraynanın müvəqqəti işlər müvəkkili, Andrey Kasyanovu Gürcüstan Xarici İşlər Nazirliyinə çağırdılar.

Bu barədə Gürcüstanın Birinci Kanalına Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verdilər.

“Verdiyi bəyanat ilə bağlı izahat almaq üçün onu Nazirliyə çağırdıq. Bu görüşdə onunla ikitərəfli münasibətlərin digər məsələləri müzakirə olunmayacaq”,- Gürcüstanın Birinci Kanalına bəyan etdilər.

Məlumat üçün, Ukraynanın müvəqqəti işlər müvəkkili, Andrey Kasyanov bəyan etdi ki, rusların Gürcüstana daxil olması ilə bağlı təhlükə yaranarsa, ola bilsin, Ukraynalıların Gürcüstandan evakuasiya həyata keçirilsin.