Andrey Kasiyanov Gürcüstanın Birinci Kanalına "Ukraynanı xilas edək" xeyriyyə marafonunun keçirilməsinə görə, təşəkkürnamə təqdim etdi
Ukraynanın Gürcüstandakı müvəqqəti səfiri, Andrey Kasiyanov Gürcüstanın Birinci Kanalına “Ukraynanı xilas edək” xeyriyyə marafonunun keçirilməsinə görə, təşəkkürnamə təqdim etdi.
Andrey Kasyanov Gürcüstanın Birinci Kanalının “Tavisufali Xedva” (azad baxış” verilişinin qonağı idi və siqeli verilişin aparıcısı, Giorgi Qvimradzeyə təqdim etdi.
“Mən İctimai Yayımçıya marafonun keçirilməsinə görə, Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti naziri, Aleksandr Tkaçenkodan təbriklərimizi çatdırmaq istərdim. Bu, “Ukraynanı xilas edək” beynəlxalq xeyriyyə marafonudur”, – Kasiyanov qeyd etdi.
Giorgi Qvimradze Ukrayna məsələlərinin Gürcüstandakı müvəqqəti nümayəndəsinə təşəkkür etdi və Ukrayna xalqına sülh arzuladı.
“Bir daha Ukrayna xalqına sülh və ilk növbədə öz ailələrinə qayıtmağı arzulayıram. Eləcə də indi öz torpaqlarında yaşadıqları faciəni dayandırmağı”, – Giorgi Qvimradze bəyan etdi.