Andrey Kasianovun sözlərinə görə, fevralın 24-dən Gürcüstan ərazisində təxminən 20 min Ukrayna vətəndaşı var, onlardan təxminən 5500-ü yetkinlik yaşına çatmayan şəxsdir
Ukraynanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Andrey Kasianovun sözlərinə görə, fevralın 24-dən Gürcüstan ərazisində təxminən 20 min Ukrayna vətəndaşı var, onlardan təxminən 5500-ü yetkinlik yaşına çatmayan şəxsdir.
Andrey Kasianovun bugünkü brifinqdə bildirdiyi kimi, Gürcüstandakı Ukrayna vətəndaşlarının bir hissəsi artıq menecmentdən tutmuş restoranlara qədər müxtəlif sahələrdə işlə təmin olunub.
“Gürcüstandakı Ukrayna vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsinə gəlincə – 2022-ci ilin fevralın 24-dən Gürcüstan ərazisində təxminən 20 min Ukrayna vətəndaşı var, onlardan təxminən 5500-ü yetkinlik yaşına çatmayan şəxsdir. Gürcüstan hökuməti , eləcə də BMT-nin Ali Komissarlığı ilə əlaqələndirilmiş şəkildə müvəqqəti köçkünlərimizin əsas tələblərini təmin etmək üçün lazım olan bütün tədbirləri həyata keçiririk. Gürcüstandakı Ukrayna vətəndaşlarının bir hissəsi artıq menecmentdən tutmuş restoranlara qədər müxtəlif sahələrdə işlə təmin olunub.
Bildiyiniz üzrə, Gürcüstanın baş naziri İrakli Ğaribaşvili cari ilin mayın 5-də keçirilən Varşava konfransında iştirak edib. Gürcüstanın baş naziri ölkənin ukraynalı qaçqınların qəbulu və yerləşdirilməsinə bundan sonra da dəstəyini davam etdirəcəyini bildirib. Minnətdarıq. Gürcüstan hökuməti bunun üçün 7 milyon dollar ayıracaq. Hökumət tərəfindən müvafiq qərarların yaxın vaxtda veriləcəyini və ukraynalı qaçqınların Gürcüstanda yerləşdirilməsi ilə bağlı heç bir problemin olmayacağını gözləyirik, bunu 2022-ci il iyunun 1-dən gözləyirik.
Gürcüstan hökumətinə, ələxsus da təhsil və elm naziri Mixeil Çxenkeliyə ukraynalı müəllimlərin olduğu Ukrayna sektorunun açılmasında göstərdiyi dəstəyə görə minnətdarıq. Bu, Tbilisidəki Mixeil Qruşevski adına məktəbdə baş verdi. Hazırda bu məktəbdə 300 ukraynalı uşaq təhsil alır. Batumidəki 20 Saylı dövlət məktəbində də bu addım atıldı, məktəbdə 100 uşaq təhsil alır”- deyə Kasianov bildirib.