Andrey Kasianov - Ukrayna, Gürcüstan ərazisindən sanksiyalardan yan keçmək üçün istifadə edilməyəcəyini bildirən İrakli Ğaribaşvilinin mövqeyini alqışlayır
Ukrayna Gürcüstanın baş nazirinin dünən ifadə olunan mövqeyini alqışlayır. O, bəyan etdi ki, Gürcüstan ərazisi fiziki və hüquqi şəxslər tərəfindən sanksiyalardan yayınmaq üçün istifadə edilməyəcək”, – Ukrayna səfiri səlahiyyətlərini icra edən Andrey Kasianov bildirdi.
Kasianov İvanişvili ilə rusoliqarxı, Vladimir Evtuşenkovun həqiqiliyi təsdiq olunmayan söhbətinin lentə alınması ilə bağlı sualı cavablandırdı.
Ukrayna səfiri vəzifəsini icra edənin qeyd etdiyi kimi, məsələ ilə bağlı yalnız rəsmi açıqlamalar qiymətləndiriləcək.
“Sözsüz ki, məsələ ilə bağlı yalnız rəsmi açıqlamalar qiymətləndiriləcək və konkret hərəkətləri daha yaxşı qiymətləndirəcəyik. Sözsüz ki, Ukrayna Gürcüstanın baş nazirinin dünən ifadə olunan mövqeyini alqışlayır. O, bəyan etdi ki, Gürcüstan ərazisi fiziki və hüquqi şəxslər tərəfindən sanksiyalardan yayınmaq üçün istifadə edilməyəcək. Bununla bağlı bizim Avropa İttifaqı missiyası, eləcə də ABŞ Səfirliyi ilə əlaqələrimiz var”, – Andrey Kasianov bəyan etdi.
Məlumat üçün, Gürcüstanın baş naziri İrakli Ğariabşvili dünən bəyan etdi ki, heç bir hüquqi və fiziki şəxsə sanksiyalardan yayınmaq üçün Gürcüstan ərazisindən istifadə etməyə icazə verilməyəcək. Onun sözlərinə görə, bu, Gürcüstan hökumətinin prinsipial mövqeyidir və ona yenidən baxılmayacaq.