Andres Mamikins - nə Əsədin mətbuat mərkəzi, nə də Putinin dostuyam, gürcülər mənim dostumdurlar, sizin Avropa gələcəyinizə pərəstişkarlıq edirəm
Avroparlamentar Andres Mamikins müxalifətin ittihamı ilə bağlı Brüsseldə “Moambe” ilə birinci şərhini edir.
“Siz Cənubi Osetiya və Abxaziyanın müstəqilliyi barəsində bir söz tapa bilməzsiniz, biz Gürcüstanın ərazi bütövlüyü və suverenliyini tanıyırıq. Mənim Kandelakiyə böyük hörmətimə baxmayaraq, nə Əsədin mətbuat mərkəzi, nə də Putinin dostuyam. Kandelaki və başqa həmkarlarımla Gürcüstanda görüşəndə çox səmimi söhbətimiz var idi. Mənim Vaşadze və nə də Kandelaki ilə görüşməyə problemim yoxdu. Onlar istəyi olsa, o zaman onlarla görüşərəm. İndi də böyük məmnuniyyətlə söhbət edərəm. Gürcülər mənim dostumdular. Mən sizə və sizin Avropa gələcəyinizə pərəstişkarlıq edirəm”, – Birinci Kanal ilə söhbətində Mamikins bəyan etdi.
“Avropa Gürcüstanı” partiyasının üzvü Giorgi Kandelaki Mamikinsi Rusiyanın maraqlarını yürütməkdə ittiham etdi. Birləşmiş müxalifətin prezidentliyə namizədi, Qriqol Vaşadze isə, Mamikinsin Avropa Parlamentində Gürcüstan barəsində hazırladığı hesabatı zəif adlandırdı.
Gürcüstan hakimiyyətində isə, Mamikinsin hesabatını müsbət dəyərdirirlər.