Andres Mamikins - Avropa yolunu seçən gürcü xalqına yeni perspektivlər verməliyik
Gürcüstan bir çox sahədə standartların təkmilləşdirilməsini nümayiş etdirdi, – bu barədə bəyanatı Avroparlamentin Xarici Komitəsini üzvü Andres Mamikins beynəlxalq ticarət komitəsinin iclasında verdi.
Komitə iclasında Gürcüstan, Ukrayna və Moldovanın Avropa İttifaqı ilə Asosiasiya razılaşmasının həyata keçirilməsi məsələsi müzakirə olunurdu.
“Qeyd etməliyəm ki, Gürcüstan bir çox sahədə standartların təkmilləşdirilməsini nümayiş etdirdi. Xüsusi dinamika isə, məhkəmə, kənd təsərrüfatı, ətraf mühitin qorunması, səhiyyə, novasiya və digər sahələrdə müşahidə olunur. Biz görürük ki, bu razılaşma Gürcüstandaki idarəçiliyin təkmilləşdirilməsi üçün effektiv bir instrumentdir” – dedi Mamikins.
Mamikinsin dediyinə görə, o sevinir ki, Gürcüstan iqtidarı konkret addımlarla irəliləyir.