Andrei Kasianov - Ukrayna tərəfi Ukrayna vətəndaşlarının, o cümlədən Saakaşvilinin qanuni hüquq və mənafelərinin qorunması üçün konsulluq və hüquqi ölçülər götürməyə davam edəcək
Andrei Kasianov - Ukrayna tərəfi Ukrayna vətəndaşlarının, o cümlədən Saakaşvilinin qanuni hüquq və mənafelərinin qorunması üçün konsulluq və hüquqi ölçülər götürməyə davam edəcək

 

Ukrayna tərəfi Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin səhhətinin pisləşməsindən narahatdır -bu barədə Gürcüstanda Ukrayna məsələləri üzrə müvəqqəti nümayəndə Andrei Kasianov açıqlayıb.

Kasianov Ukraynanın bütün öz vətəndaşlarını, o cümlədən Saakaşvilini müdafiə edəcəyini bildirib.

“Şəxsən mən “Empatia” Tibb Mərkəzinin rəhbərliyi, eləcə də Saakaşvilinin vəkilləri ilə bir sıra görüşlər keçirmişəm. 2022-ci ilin dekabrın 2-də Mixeil Saakaşvilini səfirliyin konsulluq əməkdaşı ziyarət etdi, bu barədə dərhal Ukrayna Xarici İşlər Nazirliyinin rəhbərliyinə məlumat verdik. Bu gün Gürcüstan Xarici İşlər Nazirliyində keçirilən işgüzar görüşdə bu məsələni şəxsən qaldıracağam. Xüsusilə vurğulamaq istərdim ki, Ukrayna tərəfi bundan sonra da Ukrayna vətəndaşlarının, o cümlədən Saakaşvilinin qanuni hüquq və mənafelərinin qorunması üçün konsulluq və hüquqi ölçülər götürməyə davam edəcək” – deyə Kasianov açıqlayıb.