Andlılar məhkəməsi heyəti qrup şəklində alçaldıcı rəftar və qanunsuz azadlıqdan məhrum etmə faktları üzrə təqsirləndirilən şəxsi yekdilliklə təqsirli bilib
Prokurorluğun təqdim etdiyi sübutlar əsasında andlılar məhkəməsinin heyəti gender əsaslı insanların bərabərhüquqluluğunun pozulması, qrup şəklində törədilmiş alçaldıcı rəftar və qanunsuz olaraq azadlıqdan məhrum etmə faktları üzrə təqsirləndirilən şəxsi yekdilliklə təqsirli bilib.
Prokurorluğun verdiyi məlumata əsasən andlılar məhkəməsi heyəti ittihamçı tərəfin təqdim etdiyi sübutlar ilə tam razılaşıb və təsdiqləyici şəkildə hesab edib ki, təqsirləndirilən şəxs digər cinayət ortaqları ilə birlikdə zərərçəkmişin qadına yaraşmayan hərəkətlər etdiyinə inanırdı, bu səbəbdən 2014-cü ilin sentyabrın 16-da Ləmbəli kəndində zərərçəkmişi zorla avtomobilə mindirərək kəndin mərkəzi istiqamətində aparıblar, bu zaman ona yönəlik sözlü və fiziki təhqirə baş vurublar.
“Yuxarıda bəhs edilənlərdən sonra təqsirləndirilən şəxs və onun həmfikirləri kənd sakinlərinin gözü qarşısında zərərçəkmişə yönəlik fiziki və sözlü təhqirə baş vurublar və alçaldıcı sözlər sərf ediblər.
Təqsirləndirilən şəxs və həmfikirlərinin əməlləri 2014-cü ilin sentyabrın 18-də həyatını intiharla sonlandırmış zərərçəkmişə mənəvi iztirab verib.
Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 144-cü maddəsinin ikinci hissəsinin “e” və “v” yarımbəndləri ilə (İnsanların bərabərhüquqluluğunu pozmaqla, qrup şəklində və gender əsaslı törədilmiş alçaldıcı rəftar) və 143-cü maddəsinin ikinci hissəsinin “q” və üçüncü hissəsinin “q” yarım bəndləri (Qrup tərəfindən qabaqcadan əlbir olaraq başqa cinayətin törədilməsinə şərait yaratmaq məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum etmə) ilə ittiham irəli sürülüb.
Andlılar məhkəməsi heyətinin təqsirli bilməsi hökmünə əsasən, məhkəmə təqsirləndirilən şəxsi 8 il müddətinə azadlıqdan məhrum edib. Təqsirləndirilən şəxsin dörd cinayət ortağına gəlincə, Tbilisi Şəhər Məhkəməsi 2023-cü ilin yanvarın 9-da onları təqsirli bilib” – deyə məlumatda deyilir.