Andlılar məhkəməsi həyat yoldaşına qarşı sistematik fiziki və psixoloji zorakılıqda ittiham olunan şəxsi təqsirli bilib
Andlılar məhkəməsi həyat yoldaşına qarşı sistematik fiziki və psixoloji zorakılıqda ittiham olunan şəxsi təqsirli bilib

 

Prokurorluğun təqdim etdiyi sübutlar əsasında, Tbilisinin Andlılar Məhkəməsi həyat yoldaşına qarşı sistematik fiziki və psixoloji zorakılıqda ittiham olunan şəxsi təqsirli bilib.

Prokurorluğun məlumatına görə, ittihamçı tərəfin məhkəmə prosesində tədqiq etdiyi sübutlarla müəyyən edilib ki, J.Ts. illər boyunca həyat yoldaşına fiziki və psixoloji zorakılıq edib. Həmçinin azyaşlı övladlarının yanında hamilə həyat yoldaşını bir neçə dəfə qəddarcasına döyüb, müxtəlif üsullarla alçaldıb.

“Məhkəmə prosesində prokurorlar zərərçəkmişi və onlarla şahidi dindirib, məhkəmə-tibbi ekspertizanın rəyinə baxıb, rəyə əsasən zərərçəkmişdə müxtəlif dərəcəli bədən xəsarətləri qeydə alınıb. Həmçinin, əvvəllər təqsirləndirilən şəxs barəsində iki dəfə iltizam tədbiri seçildiyi müəyyən edilib.

Andlılar tərəfindən çıxarılan qətimkan hökmü əsasında, məhkəmə müqəssiri CM-nin 11-ci prima, 126-cı maddəsinin 2-ci hissəsinin “b” və “k” yarımbəndləri və 126-cı prima maddənin ikinci və üçüncü hissələri (azyaşlının iştirakı ilə, hamilə qadına qarşı ailə üzvü tərəfindən məişət zorakılığının törədilməsi, sistematik şəkildə təhqir, fiziki ağrı və ya iztirabla nəticələnən şantaj və ya alçaltma ) ilə təqsirli bilib və 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılıb”- deyə məlumatda bildirilir.