Anders Foq Rasmussen - NATO 2008-ci ildə Rusiyanın hərbi potensialını düzgün qiymətləndirmədi və Ukrayna və Gürcüstana üzvlük fəaliyyət planı verməməklə səhv buraxdı
Anders Foq Rasmussen - NATO 2008-ci ildə Rusiyanın hərbi potensialını düzgün qiymətləndirmədi və Ukrayna və Gürcüstana üzvlük fəaliyyət planı verməməklə səhv buraxdı

NATO 2008-ci ildə Rusiyanın hərbi potensialını düzgün qiymətləndirmədi və Ukrayna və Gürcüstana üzvlük fəaliyyət planı verməməklə səhv buraxdı, – bu barədə NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen “Forin Polis”-ə müsahibəsində bəyan etdi.

Rasmussenin dedyinə görə, NATO-nun mövqelərindəki parçalanma 2008-ci ilin avqustunda sammitdən bir neçə ay sonra Gürcüstana hücum edən Putinə yanlış siqnal verdi. NATO-nun keçmiş baş katibinin fikrincə, ikinci səhv 2014-cü ildə “yumşaq” sanksiyaların tətbiq edildiyi Rusiyanın Krımı işöğalına zəif reaksiya verməsi idi.

NATO-nun keçmiş rəhbərinin sözlərinə görə, belə bir siyasət Rusiya prezidentində elə təəssürat yaratdı ki, o, torpaqları demək olar ki, heç bir cavab vermədən güc yolu ilə ələ keçirməyə davam edə bilər.

“Putini alçaldılmadan xilas edə biımərik. Cənab Putin üçün xilas olunma dəyəri qat-qat yüksək olacaq, nəibki rus qoşunlarının Ukraynada açıq aşkar məğlubiyyəti. Beləliklə mənim yekun nəticəm belədir: Ukrayna bu müharibıni udmalıdır, çünki əgər Putin Ukraynada tərəqqiyə nail olsa, dayanmayacaq. O, hərəkətlərini MOldovada, Gürcüstanda və yekunda üç Baltik ölkələrində davam etdirəcək. Buna görə, Ukraynaləlar qalib gəlməlidilər və mübarizə iradələri də var. Bizim borcumuzdur onlara döyüş vasitələrini vərək”, – Rasmussen bəyan etdi.