Anders Foq Rasmussen  - Mən Gürcüstanın NATO-ya daxil olması məsələsinin ətrafında yaranan çıxılmaz nöqtədən kənara çıxmağı təklif edirəm
Anders Foq Rasmussen - Mən Gürcüstanın NATO-ya daxil olması məsələsinin ətrafında yaranan çıxılmaz nöqtədən kənara çıxmağı təklif edirəm

Mən Gürcüstanın NATO-ya daxil olması məsələsinin ətrafında yaranan çıxılmaz nöqtədən kənara çıxmağı təklif edirəm, – bu sözləri NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen öz “Tvitter” shifəsində yazır.

“Gürcüstan NATO-ya ancaq öz nəzarəti altında olan əraziləri ilə daxil ola bilər. Bununla Rusiyaya göstərəcək ki, donmuş münaqişələr Gürcüstanın gələcəyini dondura bilməyəcək” – yazır Anders Foq Rasmussen.

Dünən eyni bəyanatı NATO-nun sabiq baş katibi Tbilisidə iqtisadi siyasət və Makkein institutu tərəfindən təşkil olunan beynəlxalq konfransda da verdi.