Anders Foq Rasmussen - çox yaxşı başa düşürəm ki, Gürcüstanda bir çox insanın səbiri tükəndi
Mən çox yaxşı başa düşürəm ki, Gürcüstanda bir çox insanın səbiri tükəndi. Xatırlatmaq istəyirəm ki, 2008-ci ilin Buxarest Sammitində qərar qəbul etdik ki, Gürcüstan və Ukrayna NATO-nun üzvləri olacaqlar. Bu qərar yenə qüvvədədir, – bu barədə NATO-nun keçmiş baş katibi, Anders Foq Rasmussen Tbilisidə, İqtisadi Siyasət Tədqiqatı Mərkəzinin və Makkeyn İnstitutunun təşkil etdiyi sıra ilə beşinci beynəlxalq konfransda bəyan etdi.
Onun dediyinə görə, Buxarest Sammitinə qədər Gürcüstan üçün MAP-ın verilməsi məsələsi müzakirə olunacaq.
Elə onun dediyinə görə, NATO-Gürcüstan komissiyası, həmçinin NATO-Ukrayna komissiyası yaradıldı.
NATO-nun keçmiş baş katibinin qeyd etdiyinə görə, islahatlar prosesi davam edir və önəmlidir ki, Gürcüstan bu kursu qoruyub saxlasın.