Anders Foq Rasmussen Gürcüstan və Ukrayna haqqında məqalə yayır - NATO Kiprın Avropa İttifaqı ilə birləşməsi modelindən istifadə edə bilər
Anders Foq Rasmussen Gürcüstan və Ukrayna haqqında məqalə yayır - NATO Kiprın Avropa İttifaqı ilə birləşməsi modelindən istifadə edə bilər

NATO Gürcüstanı alyansa daxil etməkdən hər baş qaçırtdığında, Rusiya daha da irəli gedirdi, – bu barədə bəyanatı Şimali-Atlantika Alyansının sabiq baş katibi Anders Foq Rasmussenin məqaləsində deyilir, hansını, o NATO-nun 70 illiyi ilə bağlı yazıb.

Məqalədə Rasmussen Gürcüstan və Ukraynaya qarşı alyans üzvləri tərəfindən buraxılan səhvlər haqqında  da danışır.

Sabiq baş katib 2008-ci ilin aprel ayında, Buxarest sammitində, Almaniya və Fransanın xahişi ilə, Gürcüstana fəaliyyət planının verilməməsi haqqında qəbul edilən qərarı böyük səhv adlandırdı.

“Sammitdən bir neçə ay sonra, Rusiya prezidenti Vladimer Putin Gürcüstana hücum etdi  və yenə ərazilərini işğal etdi” – yazır Rasmusen.

Məqalədə qeyd olunur ki, 1999-cu ildən sonra, ərazi münaqişəsi olan hərhansı ölkənin alyansa götürülməsi qeyri-mümkün oldu və Rusiya bunu yaxşı analiz edir və daimi olaraq, provokasiyalarla “donmuş münaqişələri” gündəmə gətirir.

Andersen həmçinin, Polşanın sabiq prezidenti Lex Kaçinskinin bəyanatını xatırlayır, hansı ki demişdi, Gürcüstandan sonra, növbəti işğal edilən ölkə Ukrayna olacaq, ancaq o sözlərə kimsə diqqət yetirmədi.

NATO-nun sabiq baş katibi hesab edir ki, NATO üzvləri Gürcüstan və Ukrayna üçün isti sözlər deməkdən yana, daha ciddi tədbirlər görməlidirlər və Kremlin bu prosesdəki paranoiyasının destruktiv təsirini dərk etməlidirlər.

“Biz aspirant ölkələri, sadəcə olaraq, strateji rəqibimizi sakitləşdirmək üçün qeyri-müəyyən müddəti ilə “donmuş münaqişələr” vəziyyətində buraxmamalıyıq. Kremlin məqsədi odur ki, bu prosesi öz tərəqqisini gücləndirənə qədər uzatsın” – deyilir məqalədə.

“NATO Kiprın Avropa İttifaqı ilə birləşməsi modelinə müraciət edə bilər. Kipr avrozonanın tam hüquqlu üzvüdür, ancaq Avropa İttifaqının qanunları Kipr adasının, yerli iqtidar tərəfindən nəzarət etmədiyi ərazilərinə yayılmır. Eyni şəkildə NATO Gürcüstanı da qarantiyalrla təmin edə bilər” – deyir Rasmussen.