«And Then We Danced» filminin göstəriləcəyi kinoteatrların yanında polis səfərbər olunub
«And Then We Danced» filminin göstəriləcəyi kinoteatrların yanında polis səfərbər olunub.
Gürcüstanın Birinci Kanalının korespondentinin məlumatına görə, “Qalereya Tbilisidə” təhlükəsizlik tədbiri olaraq, liftləri keçiriblər və «Cavea»-ya zallarına sadəcə eskalatorla çıxmaq mümkündür.
Bu gün Gürcüstanda gürcü mənşəli İsveçli rejissor Levan Akinin «And Then We Danced» filminin premyerası keçiriləcək.
Filmin süjet xətti gənc rəqsçinin hekayəsidir, hansının həyatı ambisiyalı rəqibinə aşiq olduqdan sonra, radikal şəkildə dəyişir.
Film ilə bağlı bəyanatı Gürcüstan Patriarxlığı da verdi və filmin Gürcüstanda göstərilməsinin qeyriməqbul olduğunu bildirdi. Eyni zamanda, patriarxlıq, filmin premyerasını etiraz edən radikal qruplara da zorakılıqdan baş qaçırdmaları üçün müraciət etdi.
“Və biz rəqs etdik” filiminin premyerası ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi də bəyanat yaydı.
Bəyanatda deyilir ki, Daxili İşlər Nazirliyinin öhdəliyi, cinsiyyətindən, dini mənsubiyyətindən, seksual orientasiyasından, gender identliyindən və siyasi mövqeyindən asılı olmayaraq, hər bir vətəndaşın hüquqlarını və azadlığını qorumaqdır və ki, filmin nümayişi zamanı, DİN ictimai təhlükəsizlik və asayiş qaydalarının qorunmasını təmin edəcək.
“2019-cu ilin, 8, 9 və 10 noyabr tarixlərində Tbilisi və Batumi kinoteatrlarında “Və biz rəqs etdik” (And Then We Danced) filminin premyerası keçiriləcək. İctimaiyyətin bəzi üzvləri tərəfindən premyeranın pozulacağı və insanların kinoteatra daxil olmalarına imkan verilməyəcəyi barədə bəyanatlar verilir.
Hər kəsə müraciət edirik ki, qanun qaydalarına riayət etsinlər. Əks təqdirdə, polis öz mandatı çərçivəsində, gərəkən şəkildə hərəkəti edəcək və hər bir qanun pozuntusu faktına dərhal hüquqi cavab veriləcək” – deyilir DİN-in bəyanatında.