Anatoli Bibilov bildirib ki, "Cənubi Osetiyada iki referendum keçirməyi planlaşdırır"
İşğal altındakı Sxinvali bölgəsinin qondarma prezidenti Anatoli Bibilovun sözlərinə görə, “Cənubi Osetiya” hakimiyyəti Rusiyanın tərkibinə daxil olmaqla bağlı “referendum” proseduruna başlamaq üçün Ali Məhkəməyə müraciət etməlidir.
Bibilov bu barədə “Ria Novosti”-yə müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, hazırda imkanlar pəncərəsidir və “respublika”-nın işğal olunmuş regionda yaşayan insanların “Rusiyanın tərkibinə daxil olmaq arzusunu” əldən verməyə haqqı yoxdur.
Bibilov buradaca qondarma respublikada iki “referendum”-un keçirilə biləcəyini bildirib.
“Biz başa düşməliyik ki, Rusiyaya birbaşa daxil olmaq və Osetiyanın birbaşa birləşməsi dərhal baş verməyəcək, çünki qanun buna imkan vermir. Cənubi Osetiya Rusiyanın tərkibində olanda, Osetiyanın birləşməsi prosesi başlamalı və bundan sonra iki referendum keçirilməlidir” -deyə Bibilov əlavə edib.