Gürcüstan Mədəni İrs Abidəsi Mühafizəsi Milli Agentliyinin rəhbəri, Nikoloz Antidzenin qərarı ilə, Ananuri kompleksinin zədələnmiş məhəlləsi sabahdan turistlər üçün bağlanacaq. Bu barədə agentliyin ictimaiyyətlə əlaqələr xidmətinin rəisi, Beka Baramidze Gürcüstanın Birinci Kanalına bəyan etdi.
Onun dediyinə görə, Ananuri monastr kompleksini Nikoloz Antidze sabah gözdən keçirəcək.