Analena Berbok - Ukraynaya kömək etməyə davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə ortaya çıxması təhlükəsi yaranacaq
Analena Berbok - Ukraynaya kömək etməyə davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə ortaya çıxması təhlükəsi yaranacaq

 
Ukraynaya kömək etməyə davam etməsək, Putinin qoşunlarının Polşa ilə sərhəddə ortaya çıxması təhlükəsi yaranacaq-bu haqda Almaniyanın xarici işlər naziri Analena Berbok “Süddeutsche Zeitung”a müsahibəsində açıqlayıb.

Berbokun bəyanatına əsasən, belə bir halda müharibə tezliklə Avropa İttifaqı və NATO ərazisinə yayılacaq.

Almaniyanın xarici işlər nazirinin qeyd etdiyi kimi, məğlubiyyət həm azad Ukrayna, həm də azad Avropa üçün ölümcül nəticələrə səbəb olacaq, buna görə də Ukraynaya yardımı genişləndirmək lazımdır.

“Özümüz azadlığımızı və müstəqilliyimizi qorumalı olsaq, nə qədər ödəməli olacağımızı hesablamaq çətindir. Ukraynaya dəstək vermək bizə müharibəni bizdən uzaq tutmağa imkan verir” – Berbok açıqlayıb.

Bununla yanaşı, alman diplomat yeni qaçqın axınının mümkünlüyündən də danışıb.

“Əgər Ukrayna artıq özünü müdafiə edə bilməsə – mən ilk növbədə Kiyevə kömək etməkdən imtina edənlərə müraciət edəcəyəm – o zaman daha milyonlarla insan qaçmalı olacaq. Kim könüllü olaraq işgəncə və işğal şəraitində yaşamaq istəyər?”– Analena Berbok bildirib.