Analena Berbok - Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkan ölkələrinin iqtisadi cəhətdən dayanıqlı olmasına kömək etsək, mühafizə olunan geosiyasi cinah əldə edəcəyik, cəmiyyətimizi gücləndirəcəyik
Əgər Ukrayna, Moldova, Gürcüstan və Qərbi Balkan ölkələrində uzunmüddətli perspektivdə Rusiya tərəfindən sabitlik pozularsa, bu o deməkdir ki, biz hamımız xarici hücum qarşısında həssas olacağıq-bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok açıqlayıb.
Berbok Aİ-nin genişlənməsinin geosiyasi zərurət olduğunu və eyni zamanda, Aİ üzvləri üçün geosiyasi imkanları genişləndirdiyini bildirib.
“Putinin Rusiyası Avropada öz imperiya məqsədlərini davam etdirməyə çalışacaq, bu da təkcə Ukraynanın bizdən təcrid olunması deyil, həm də Moldovanın, Gürcüstanın və Qərbi Balkan ölkələrinin təcrid olunması mənasına gəlir. Əgər bu ölkələrdə uzunmüddətli perspektivdə Rusiya tərəfindən sabitlik pozularsa, bu o deməkdir ki, biz hamımız xarici hücum qarşısında həssas olacağıq. Artıq Avropada boz ərazilərə icazə verə bilmərik. Digər tərəfdən, əgər biz bu ölkələrə hələ üzvlük yolunda olarkən, onların demokratik təsisatlarını gücləndirməklə, iqtisadi cəhətdən güclü olmalarına kömək etsək, o zaman nəinki mühafizə olunan geosiyasi cinah əldə etmiş olarıq, həm də cəmiyyətimizi gücləndirmiş olarıq”-deyə Analena Berbok açıqlayıb.
Bundan əlavə, Analena Berbok Aİ-nin Ukraynanın onun üzvü olmasını istədiyini bildirib.
“Biz Ukraynanın Avropa İttifaqına üzv olmasını istəyirik. Əminəm ki, Avropa Şurası bu siqnalı dekabrda verəcək və biz bu prosesin qoşulmaq istəyən namizədlər üçün nə qədər tələbkar olacağını bilirik. Müharibə ilə eyni vaxtda islahatların aparılması istənilən ölkə üçün ciddi sınaqdır və bu, bizim danışmaqdan daha çox iş görməyimizi olduqca vacib edir. Biz Ukraynanı əmin edirik ki, yolun sonunda Avropa İttifaqının üzvü olacaqsınız, lakin biz həm də bu yolda maliyyə və ya siyasi baxımdan uğur qazanmaq üçün sizin yanınızdayıq. Eyni şey Moldovaya da aiddir, fevralın 24-dək qazının böyük hissəsini Rusiyadan ixrac edirdi, indi isə rekord sürətlə Rusiyadan asılılığından qurtula bildi. Bu, bir çox insanın Aİ-yə gedən yolun düzgün olduğuna əmin olduğu, ictimaiyyətin böyük bir hissəsinin Aİ-yə daxil olmaq arzusunu açıq şəkildə ifadə etdiyi Gürcüstana da eyni dərəcədə aiddir. Biz bu xalqı tək qoymayacağıq” – Berbok bildirib.