Analena Berbok – Rusiya prezidenti Almaniya kansleri ilə Ukraynada sülhün bərqərar olması mövzusunda danışmaq istəmir
Rusiya prezidenti Almaniya kansleri ilə Ukraynada sülhün bərqərar olması mövzusunda danışmaq istəmir, Almaniyanın xarici işlər naziri Analena Berbok bildirib.
Burbokun sözlərinə görə, Ukrayna ədalətli sülhə hazırdır.
“Putin sülh mesajlarını qəbul etməkdən imtina edir, əksinə, biz ondan hər gün ancaq müharibə mesajları eşidirik. Bu günlərdə o, Almaniya kansleri ilə telefonla danışmağa belə hazır deyil”. – Burbok dedi.