Analena Berbok Olaf Şolzu Ukraynaya əlavə üç milyard avro hərbi yardımı təsdiqləməkdən imtina etdiyinə görə tənqid edib

11:07, 17.01.2025

Almaniyanın xarici işlər naziri Annalena Berbok kansler Olaf Şolzu Ukraynaya əlavə üç milyard avroluq hərbi yardımı təsdiqləməkdən imtina etdiyinə görə tənqid edib.

Bu barədə “Reuters” yazır.

“Düzünü desəm, çox ağrı vericidir”, – Analena Burbok bildirib.

Almaniyanın Xarici İşlər Naziri kanslerin adını çəkməsə də, “Politico”ya müsahibəsində bəzi siyasətçilər üçün azsaylı səs toplamanın Avropanın sülh və azadlığını təmin etməkdən daha vacib olduğunu deyib.

Eyni zamanda, Analena Burbok müsahibəsində bildirib ki, onun üçün məsuliyyətli siyasət külək istiqamətində hərəkət etməmək, sonra isə seçki kampaniyalarında bunun əksini etmək deməkdir.

Analena Berbokun sözlərinə görə, Olaf Şolzun ​​davranışı Avropalı müttəfiqlərin Almaniyaya olan inamını zədələyir.

Oxşar