Analena Berbok - Gürcüstanın Avropa İttifaqına namizəd statusu on minlərlə insanın küçələrdə dəstəklədiyi tarixi fürsətdir
Analena Berbok - Gürcüstanın Avropa İttifaqına namizəd statusu on minlərlə insanın küçələrdə dəstəklədiyi tarixi fürsətdir

Almaniyanın xarici işlər naziri Analena Berbok sosial şəbəkədə Tbilisidə keçirilən aksiyaya münasibət bildirir.

“Gürcüstanın Avropa İttifaqına namizəd statusu on minlərlə insanın küçələrdə dəstəklədiyi tarixi fürsətdir. Onun əsasını demokratik, fəal və tənqidi mülki cəmiyyət təşkil edir. Gələcəyə gedən yolu bağlamamaq hökumətin əlindədir”, – Berbok yazır.