Analena Berbok - Fransada ifrat sağçıların qələbəsi hər kəsi sarsıtdı
Analena Berbok - Fransada ifrat sağçıların qələbəsi hər kəsi sarsıtdı

 
Fransada ifrat sağçıların qələbəsi hər kəsi sarsıtdı-bu haqda Almaniyanın xarici işlər naziri Analena Berbok bildirib.

“Demokratik ölkədə seçkilər seçicilərin əlindədir, ona görə də biz kənardan müdaxilə etmirik və şərh verməyəcəyik, lakin burada hər kəsi sarsıtdığını izah etmək istərdim. Məsələn, bizim ölkədə və ya ən yaxın tərəfdaşımız olan ölkədə Avropanı həll yolu deyil, problem hesab edən bir partiyanın Avropa seçkilərində xeyli irəlidə olması, heç kimi biganə qoya bilməz”- deyə Analena Berbok bildirib.

“Exit-poll”un nəticələrinə əsasən, Fransanın növbədənkənar parlament seçkilərinin birinci turunda Marin Le Penin ifrat sağçı partiyası 34% səslə liderdir. Solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 28,1 faizlə ikinci yeri tutur, prezident Emmanuel Makronun mərkəzçi alyansı isə səslərin 20,3 faizini qazanıb. Respublikaçılara gəlincə, “exit-poll”un nəticələrinə əsasən, onlar səslərin 10,2 faizini qazanıblar.