Analena Berbok - Almaniya Aİ-yə doğru can atarkən Gürcüstan, Moldova və Qərbi Balkan ölkələrinin yanındadır
Analena Berbok - Almaniya Aİ-yə doğru can atarkən Gürcüstan, Moldova və Qərbi Balkan ölkələrinin yanındadır

 

Söhbət ədalətlə ədalətsizlik, təcavüzkar və qurban arasında seçimlə bağlı olunca, Almaniya ədalətin və insanların tərəfindədir-bu barədə Almaniyanın Federal Xarici İşlər naziri Analena Berbok Heinrix Bioll Fondunun (Yaşıllar Partiyası) illik xarici siyasət forumunda çıxışı zamanı bildirib.

Berbok çıxışında Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyib və Almaniyanın Ukraynaya yönəlik güclü dəstəyini bir daha təsdiqləyib.

“Avropada və ya dünyanın istənilən hissəsində zorakılıq yolu ilə sərhədləri dəyişdirmək cəhdləri və bununla da milyonlarla insana ağlasığmaz əzab vermək qəbuledilməzdir. Vladimer Putinin hamının başını güclülərin qanununun beynəlxalq hüquqdan üstün olduğu ötən əsrlərin məntiqinə əydirməsi qəbuledilməzdir. Bu,isə dünyanın bir çox ölkələri üçün acı dərs oldu. Bu heç də mücərrəd qorxu deyil. Xüsusən də Moldova və Gürcüstan üçün, eləcə də bunu çox real təhlükə kimi qəbul edən Ermənistan üçün. Bu səbəbdən Rusiyanın qonşu ölkələri Putinin Sovet İttifaqının dağılmasını 20-ci əsrin ən böyük geosiyasi fəlakəti hesab etdiyi sözlərini böyük diqqətlə dinləyirlər” – deyə Berbok açıqlayıb.

Analena Berbok 2023-cü il üçün xarici siyasət və diplomatik fəaliyyətin əsas vəzifələrindən birinin beynəlxalq əməkdaşlığın və beynəlxalq hüququn gücləndirilməsi olduğunu bildirib.

“Xüsusən də tarixi və ya coğrafi mövqeyinə görə Rusiya ilə sıx bağlı olan ölkələrdə.Bu səbəbdən Almaniya Gürcüstan, Moldova və Qərbi Balkan ölkələri Avropa İttifaqına can atarkən, Rusiyanın dezinformasiya kampaniyalarına qarşı dayanıqlığı gücləndirməyə və ya öz infrastrukturunu haker hücumlarından qorumağa çalışarkən onların yanında dayanır” -deyə Analena Berbok açıqlayıb.