Analena Berbok - Albaniyadan Kiprə, Lissabondan Tbilisiyə qədər qitəmizdə müxtəlif adət-ənənələrə və arzulara malik 700 milyondan çox insan yaşayır, Avropa Konvensiyası onları qoruyur
Albaniyadan Kiprə, Lissabondan Tbilisiyə qədər qitəmizdə müxtəlif adət-ənənələrə və arzulara malik 700 milyondan çox insan yaşayır -bu barədə Almaniyanın xarici işlər naziri Analena Berbok Strasburqda Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı açıqlayıb.
“Avropa, Avropa İttifaqından daha çoxdur. Qitəmizdə müxtəlif adət-ənənələrə, tarix və arzulara malik 700 milyondan çox insan yaşayır. Albaniyadan Kiprə, Lissabondan Tbilisiyə qədər: bütün bu ölkələr Avropa Şurasında təmsil olunur və onları Avropa İnsan Hüquqlarının Müdafiəsi Konvensiyası qoruyur”-deyə Analena Berbok açıqlayıb.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbərinin Strasburqda dünən verdiyi bəyanatı bu ölkənin Gürcüstandakı səfirliyi yayır.