Anaklia limanının inşaatı ilə bağlı Maia Tskitişvili ilə görüş keçirildi
Anaklia limanının inşaatı ilə bağlı Maia Tskitişvili ilə görüş keçirildi

Anakliya limanının inşaatı ilə bağlı danışıqlar keçirildi.

Gürcüstanın vitse-premyeri, Regional İnkişaf və İnfrastruktur Naziri Maia Tskitişvili “Anaklianın inkişaf konsorsiumunun” və Avropa Rekonstruksiya və İnkişaf Bankının Nümayəndələri ilə görüşdü.

Görüşdə “Anaklia İnkişaf Konsorsiumunun” təsisçisi Mamuka Xazaradze və həmçinin Badri Caparidze də iştirak edirdilər.

Regional İnkişaf və İnfrastruktur Nazirliyinin məlumatına görə, tərəflər Anaklianın dəniz limanı layihəsi ilə bağlı problemli məsələləri müzakirə etdilər və danışıqların növbəti mərhələsini planlaşdırdılar.

Növbəti görüş mayın sonunda keçiriləcək.