Anaklia limanında dəniz infrastrukturunun təşkili istiqamətində tikinti şirkəti iyulun 26-da müəyyən ediləcək
Anaklia limanında dəniz infrastrukturunun təşkili istiqamətində tikinti şirkəti iyulun 26-da müəyyən ediləcək

 
Birinci vitse-baş nazir, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, nazirliyin Anaklia limanı ilə bağlı beynəlxalq konsaltinq şirkətləri ilə birlikdə həm investorun elan edilməsi, həm də tikinti işlərinin başladılması ilə əlaqədar fəal şəkildə işlədiyini bildirir.

O, tikinti şirkətinin iyulun 26-da seçiləcəyini deyir.

“Həm özəl tərəfdaşın seçilməsi, həm də tikinti işlərinin prosesi kifayət qədər mürəkkəbdir, bu səbəbdən biz bu prosesi kifayət qədər yüksək məsuliyyət və diqqətlə yürüdürük. Bu halda biz məsləhətçinin iştirakı ilə iddiaçıya aydınlaşdırıcı suallar göndərdik. Biz bu həftə ərzində dəqiq cavablar aldıq və bu cavablar yenidən avropalı məsləhətçimiz tərəfindən işlənir. Məsləhətçinin qiymətləndirməsini bu həftə ərzində, yəqin ki, sabah, maksimum gələn həftənin əvvəlində alacağıq, bundan irəli gələrək uyğunluq müəyyən ediləcək. Əgər yenə də aydınlaşdırmağa ehtiyacı olan suallar olsa, yəqin ki, biz yenə də iddiaçı ilə dialoqu davam etdirməli olacağıq. Tikinti işlərinə gəlincə, burada da bilirsiniz ki, “Böyük dördlük”lə danışıqlarımız oldu. Bu, rəqabətli mühit idi, dəniz tikintisi baxımından maksimal olaraq təcrübəli tikinti şirkətinin seçimi rəqabətli şəraitdə aparılırdı. Prinsipcə, biz bu prosesi sabah başa çatdırmalıyıq. Bu halda da şirkətlər tərəfindən təqdim edilən təkliflərin qiymətləndirilməsi üçün mühəndis məsləhətçiləri cəlb olunmuşdu və biz prosesi sabah yekunlaşdıracağıq. Sabah biz tikinti tərəfdaşını müəyyən edəcəyik və müvafiq olaraq bu barədə ictimaiyyətə də məlumat verəcəyik” – Levan Davitaşvili bildirir.