Anadolu - İstanbul hava limanındaki teraktın təşkilatçısı Gürcüstanda öldürüldü
“İstanbul hava limanındaki teraktın təşkilatçısı Gürcüstanda öldürüldü” – bu başlıqla məqaləyi Türkiyənin Anadolu agentliyi yayır.
Agentliyin yaydığı məlumata görə, Gürcüstanın Dövlət Təhlükəsizlik xidməti, Tbilisidə, noyabrın 22-də keçirilən xüsusi əməliyyat zamanı ölən şəxslərdən birinin Ahmed Çataev olduğunu təqsdiqlədi.
Anadolu-nun məlumatına görə, Türkiyə iqtidarı, əslən çeçen olan, 37 yaşlı, Rusiya vətəndaşı Ahmed Çataevi 2016-cı ilin 28 iyun tarixində, İSİS-in tapşırığı ilə Atatürk Hava limanının teraktını təşkil etməklə ittiham edirdi.
Qeyd olunan terakt nəticəsində, hava limanında 45 nəfər həyatını itirdi, 200 isə, yaralandı.