Ana Tsitlidze - tələblərim dəyişmir, Saakaşvilinin həyatını xilas etsinlər, aclıq aksiyasını davam etdirirəm
Ana Tsitlidze - tələblərim dəyişmir, Saakaşvilinin həyatını xilas etsinlər, aclıq aksiyasını davam etdirirəm

 

“Milli Hərəkat”ın deputatı Anna Tsitlidze Mixeil Saakaşvili ilə bağlı tələblərinin dəyişməz qaldığını və aclıq aksiyasını davam etdirdiyini bildirib.

Tsitlidze iqtidarın tarixi məsuliyyət haqqında düşünməli olduğunu bildirib.

“Bugünkü nöqteyi-nəzərdən, hətta Zviad Qamsaxurdiyanın ən qatı əleyhdarları üçün də Qamsaxurdiyanı və ritorikasını bilmək ölkənin keçdiyi cəhənnəmə dəyməzdi. Ona görə də hakimiyyət tarixi məsuliyyət, bizləri yaşatdırdıqları nifrət haqqında düşünməlidir və Saakaşviliyə qarşı qisas almaq mütləq utanacaqları bir şeydir. Mənim tələblərim dəyişmir – prezident Saakaşvilinin həyatını xilas etmək üçün etirazın bu formasını davam etdirirəm”-deyə Ana Tsitlidze açıqlayıb.

“Milli Hərəkat”ın deputatları Davit Kirkitadze, Ana Tsitlidze və Abdulla İsmayılov dekabrın 15-də aclıq aksiyası elan ediblər. “Milli Hərəkat”ın üzvü Temur Canaşia da onlara qoşulub. Daha sonra səhhətləri ilə əlaqədar olaraq Abdulla İsmayılov, Temur Canaşiya və Davit Kirkitadze həkimlərin tövsiyəsi ilə aclıq aksiyasını dayandırıblar.