Ana Tsitlidze – 4 oktyabr müqavimət və gürcü xalqının birliyi günü idi; mübarizə nə qədər tələb edərsə, eyni yolu bir o qədər yenidən keçməyə hazıram

16:59, 04.10.2026

Rusiyayönümlü “Gürcü Arzusu”, yaxud skeptiklər nə deyirlər desinlər, 4 oktyabr mübarizə, müqavimət və gürcü xalqının birliyi günü idi – bu barədə “Milli Hərəkat”ın üzvü Ana Tsitlidze sosial şəbəkədə yazır.

Tsıtlidzenin qeyd etdiyi kimi, o, bu yolu ehtiyac olduğu qədər, dəfələrlə keçməyə hazırdır.

“Mübarizə nə qədər tələb edərsə, dövləti qəsb etmiş qeyri-legitim rus/”Gürcü Arzusu”na qarşı eyni yolu bir o qədər yenidən keçəcəyəm.

“Ədalətsizlik qanuna çevriləndə müqavimət bir vəzifəyə çevrilir”.

Sınmaz müqavimət, hər yıxılmadan sonra ayağa qalxmaq və mübarizəni davam etdirmək qaçılmaz qələbə gətirəcək.

Siyasi məhbuslar üçün azadlıq”, – Ana Tsitlidze yazır.

Oxşar