Ana Potiqa - Rusiya hərbi cinayətlərinin bədəlini ödəyəcək və Gürcüstan, Ukrayna və Moldovadan qovulacaq
Ana Potiqa - Rusiya hərbi cinayətlərinin bədəlini ödəyəcək və Gürcüstan, Ukrayna və Moldovadan qovulacaq

 

Rusiya hərbi cinayətlərinin bədəlini ödəyəcək və Gürcüstan, Ukrayna və Moldovadan qovulacaq – bu barədə avropalı parlamentari Ana Potiqa Suxuminin süqutu günü ilə əlaqədar “Twitter”də dərc etdiyi postunda yazır.

O bildirib ki, ədalət Rusiya məğlub olduqdan və bütün işğal olunmuş ərazilər tam azad edildikdən sonra zəfər çalacaq.

“29 il əvvəl bu gün Suxumi Rusiyanın təhrik etdiyi və dəstəklədiyi qüvvələr qarşısında süquta uğradı, nəticədə etnik təmizləmə və kütləvi qətliamlar oldu, 250 mindən çox insan öz evindən məcburi köçkünə çevrildi. Bu gün Ukraynanın azadlıq uğrunda qəhrəmancasına mübarizəsi Rusiyanın imperialist məqsədlərinə qalib gəlmək şansı yaradıb.

Rusiyanın Ukraynaya təcavüzü Rusiyaya qarşı cəzasızlıq və güzəşt siyasətinin nəticəsidir. Rusiya hərbi cinayətlərinin bədəlini ödəyəcək və Gürcüstan, Ukrayna və Moldovadan qovulacaq. Rusiya məğlub olduqdan və bütün işğal olunmuş ərazilər tam azad edildikdən sonra ədalət zəfər çalacaq” – deyə Ana Potiqa yazır.